17 evdən oğurluq edən şəxs tutuldu

17 evdən oğurluq edən şəxs tutuldu
  16 İyun 2018    Oxunub:1927
Oğurluq etdiyinə görə tutulmuş Asif Ağayevin ətrafında Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu ilin yanvar-iyun ayları ərzində rayon ərazisindəki 17 evdən oğurluq etdiyi müəyyənləşib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, A.Ağayevin ümumilikdə 1900 manat, 6500 ABŞ dolları, 150 avro nağd pul, xeyli sayda qızıl-zinət və gümüş əşyalar, 2 ədəd kombi aparatı, 3 ədəd televizor, qol saatı, yataq dəsti, məişət və geyim əşyaları və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.

AzVision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti