8667 ədəd çətənə kolu yandırılıb

8667 ədəd çətənə kolu yandırılıb
  16 İyun 2018    Oxunub:1611
Ağstafada yabanı halda bitən xeyli sayda çətənə kolu aşkarlanıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Qarayazı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 5 ton 440 kiloqram olan 6800 ədəd çətənə kolu məhv edilib.

Gəncənin Kəpəz rayon Polis İdarəsi əməkdaşları tərəfindən isə Gəncə şəhəri ərazisində yabanı halda bitmiş 1867 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

AzVision.az


Teqlər: DİN   çətənəkolu  





Xəbər lenti