3 evdən oğurluq edən şəxs saxlanılıb

3 evdən oğurluq edən şəxs saxlanılıb
  16 İyun 2018    Oxunub:1817
Oğurluq etdiyinə görə tutulmuş H.Dadaşovun Hökməli qəsəbəsi ərazisindəki 3 evdən də oğurluq törətməsi müəyyən edilib.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş Heybət Dadaşovun ətrafında Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari ilin yanvar-may ayları ərzində Hökməli qəsəbəsi ərazisindəki 3 evdən 5000 manat dəyərində qızıl əşyalar, kombi aparatı və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.

AzVision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti