Türkiyə vətəndaşları Azərbaycanda səs verirlər - FOTOLAR

Türkiyə vətəndaşları Azərbaycanda səs verirlər - FOTOLAR
  17 İyun 2018    Oxunub:4490
24 iyunda Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ilə əlaqədar qardaş ölkənin Azərbaycanda yaşayan vətəndaşları səsvermə hüquqlarından istifadə edirlər.
AzVision.az xəbər verir ki, Türkiyənin Bakıdakı səfirliyində artıq səsverməyə start verilib. Bundan əlavə Türkiyənin Gəncə və Naxçıvandakı konsulluqlarında da seçki keçirilir.

Qeyd edək ki, xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi üçün 60 ölkədə 123 təmsilçilikdə seçki məntəqələri yaradılıb.

Prezident postu uğrunda 6 namizəd mübarizə aparır.



























Foto: Elvin Abdulla
AzVision.az


Teqlər: Türkiyə   Seçki   Səsvermə  





Xəbər lenti