Yaponiyadakı zəlzələdə azərbaycanlılar zərər çəkməyib - XİN

Yaponiyadakı zəlzələdə azərbaycanlılar zərər çəkməyib - XİN
  18 İyun 2018    Oxunub:1359
Yaponiyadakı zəlzələdə zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindənAzVision.az -a verilən məlumata görə, Azərbaycanın Yaponiyadakı səfirliyindən verilən məlumata görə, Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və ya yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb.

Yaponiyadakı səfirliyimiz məsələni diqqətdə saxlayır.

Qeyd edək ki, Osakada baş vermiş 6,1 ballıq zəlzələ nəticəsində 3 nəfər ölüb, 200 nəfər yaralanıb.

AzVision.az


Teqlər: Yaponiya   Zəlzələ  





Xəbər lenti