Elektrik naqili oğrusu saxlanılıb

Elektrik naqili oğrusu saxlanılıb
  18 İyun 2018    Oxunub:1410
Həyətlərdən elektrik naqili oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 16-da N.İmamverdiyevin həyətyanı sahəsindən təmir-tikinti aləti və 120 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fəqani Əsədov saxlanılıb.

Onun həmin gün M.Ə.Rəsulzadə və Biləcəri qəsəbələrində daha 3 həyətyanı sahələrdən 420 metr elektrik naqili oğurlaması da müəyyən edilib.

AzVision.az


Teqlər: Oğurluq  





Xəbər lenti