Nazirliyin işçiləri yanğın yerində - FOTO

Nazirliyin işçiləri yanğın yerində - FOTO
  19 İyun 2018    Oxunub:1915
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yanğın olan ərazidə atmosferdən nümunələr götürüb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, 19 iyun 2018-ci il tarixində Ziya Bünyadov prospektindəki tikinti materiallarının satışı bazarında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində havaya qatı tüstü və qoxu yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə gedib, monitorinq və araşdırma işlərinə başlayıb. Mütəxəssislər atmosferə yayılan tüstü axını və qoxu ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüb.



Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək. Nazirliyin əməkdaşları hazırda hadisə yerində araşdırma və monitorinqləri davam etdirir.

AzVision.az


Teqlər: ETSN   Hava   Atmosfer  





Xəbər lenti