Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
  19 İyun 2018    Oxunub:1172
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürborakı kənd sakini Vüqar Bağırova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 24 ədəd çətənə kolu və 1 kiloqram 41 qram marixuana aşkar edilərək götürülüb.
Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan Abdullayevdən şəxsi axtarış zamanı 0,165 qram heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq 450 qram marixuana, 0,32 qram “Metadon” və 0,9 qram “Preqabalin” həbləri, 0,877 qram heroin və 0,457 qram tiryək də aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər: Narkotik   Xaçmaz   DİN  





Xəbər lenti