İmişlidə 80 fəhlə zəhərlənib - Yenilənib

İmişlidə 80 fəhlə zəhərlənib - Yenilənib
  19 İyun 2018    Oxunub:3313
İmişli rayonunda pambıq tarlalarında zəhərlənənlərin bir qismi rayon xəstəxanasının terapiya, digər qismi də infeksion şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, zəhərlənənlərin sayı 80 nəfərə çatıb.

***
İmişli rayonunda pambıq sahəsində fəhlələr zəhərlənib.

Rayondakı pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərlənib. İlkin məlumata görə, zəhərlənən onlarla fəhlə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda zəhərlənən şəxslərin sayı dəqiqləşdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hazırda Nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: "Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək". (Report)

AzVision.az


Teqlər: İmişli   Pambıq   Fəhlə  





Xəbər lenti