Nazir Şəkidə vətəndaşları qəbul edəcək

Nazir Şəkidə vətəndaşları qəbul edəcək
  19 İyun 2018    Oxunub:1875
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov iyunun 22-i saat 11:00-da Şəki şəhər Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Qax, Şəki, Zaqatala, Oğuz və Balakən rayonlarının sakinləri ilə görüşəcək.
AzVision.az xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər Şəki şəhər Kənd Təsərrüfatı İdarəsinə (050-735-35-77) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

AzVision.az


Teqlər: Nazir   Görüş   Şəki  





Xəbər lenti