Zakir Həsənov: “Düşmənin hədəflərini məhv etməyə qadirik”

Zakir Həsənov: “Düşmənin hədəflərini məhv etməyə qadirik”
  20 İyun 2018    Oxunub:2098
"Bu gün ordumuzda xidmət edənlərin 80 faizi zabit, gizir və müddətdən artıq hərbi qulluqçulardır. Bu da döyüş hazırlığına böyük dəstəkdir"

AzVision.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Azərbaycanın raket və artilleriya sistemləri dəqiq, səmərəli və daha uzaq məsafədə düşmənin hədəflərini məhv etməyə qadirdir.

"Yeni silahların alınması islahatların bir istiqamətidir. Bu silahlardan istifadə üçün təhsil sahəsində əsas addımlar atılıb. Təhsilin artırılması üçün 15-dən çox yeni poliqon yaradılıb", - deyə nazir qeyd edib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Zakir-Həsənov   Müdafiə-Nazirliyi  





Xəbər lenti