“Hər birimizin üzərinə böyük vəzifə düşür” - Fərhad Abdullayev

“Hər birimizin üzərinə böyük vəzifə düşür” - Fərhad Abdullayev
  20 İyun 2018    Oxunub:3764
“Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci ildə qəbul olunub. Bu, Heydər Əliyevin şah əsəridir”
AzVision.az xəbər verir ki, bunu Bakıda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

O,bildirib ki, Azərbaycan müstəqil siyasət həyata keçirir: “Bizim hər birimizin üzərinə böyük vəzifə düşür”.

F.Abdullayev, daha sonra Ombudsman təsisatının fəaliyyətinə toxunub. Bildirib ki, Ombudsman təsisatına toplu şəkildə ərizə və şikayətlər daxil olur.

“Ombudsman təsisatı bilavasitə insanlarla daha çox ünsiyyətdə olur. Konstitusiyaya edilən dəyişiklərdən sonra Ombudsman təsisatına Azərbaycanın Konstitusiya Məhkəməsinə həm konkret olaraq, həm də gələcəkdə baş verə biləcək insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müraciət etmək hüququ verilib. Ombudsman təsisatı bu hüquqdan səmərəli istifadə edir. Ombudsman Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul olunan 30-a yaxın qərar barədə müraciət edib, bununla bağlı müvafiq qərarlar qəbul edilib. Biz birgə fəaliyyət göstərməklə mövcud problemlərin aradan qaldırılmasına çalışırıq”, - deyə F.Abdullayev vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Fərhad-Abdullayev  





Xəbər lenti