“Paradda ən müasir silahlar nümayiş etdiriləcək” - Nazir

“Paradda ən müasir silahlar nümayiş etdiriləcək” - Nazir
  20 İyun 2018    Oxunub:1741
"Azərbaycan Ordusunun həm döyüş hazırlığı, həm də təminatı yüksək səviyyədədir. Həmçinin mənəvi-psixoloji vəziyyət də yüksəkdir".
AzVision.az xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə hazırdır: "Aprel döyüşlərində biz qarşımızda duran vəzifəni yerinə yetirdik".

Z.Həsənov, həmçinin qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi ilə əlaqədar iyunun 26-da keçiriləcək hərbi paradda son illər alınan ən müasir silahlar nümayiş etdiriləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Zakir-Həsənov  





Xəbər lenti