“Əsgərlərin ərzaq təminatı yüksək səviyyədədir”

“Əsgərlərin ərzaq təminatı yüksək səviyyədədir”
  20 İyun 2018    Oxunub:1398
“Bir-iki ilə ordumuzun şəhərciklərinin yenilənməsini başa çatdıracağıq”.
AzVision.az xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, əsgərlərimizin ərzaqla təminatına xüsusi diqqət yetirilir:

“Əsgərlərimizin ərzaq təminatı yüksək səviyyədə yerinə yetirilir. Azərbaycan Ordusu 1 ayda 500 tondan çox ətdən istifadə edir. Həmçinin digər ərzaqlarla təminat yüksək səviyyədədir. Biz “Açıq Qapı” günləri təşkil edirik. Əsgər valideynləri də bu tədbirlərdə iştirak edib, bunu görürlər. Hazırda əsgərlərin təminatı yüksək səviyyədədir”, - deyə müdafiə naziri vurğulayıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: MN   Əsgər   Zakir-Həsənov  





Xəbər lenti