Zakir Həsənov Günnüt əməliyyatından danışdı

Zakir Həsənov Günnüt əməliyyatından danışdı
  20 İyun 2018    Oxunub:3542
"Bəzən neytral ərazi fikirləri işlədirlər. Neytral ərazi anlayışı yoxdur"

AzVision.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Naxçıvan Muxtar Respublikasının Günnüt kəndinin işğaldan azad edilməsi ilə bağlı suala cavabında deyib.
"25 il idi ki, həmin ərazidə düşmən bizim torpaqlarda oturmuşdu" - deyən Z.Həsənov bildirib ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edilib.

Qeyd edək ki, may ayının son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib.Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib.

Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Zakir-Həsənov   Günnüt  





Xəbər lenti