Müdafiə naziri KİV-ə irad tutdu

Müdafiə naziri KİV-ə irad tutdu
  20 İyun 2018    Oxunub:1546
Azərbaycanın müdafi naziri, general-polkovnik Zakir Həsənov bəzi media qurumlarında gedən xəbər başlıqlarından narahatlığını ifadə edib.
AzVision.az-ın məlumatına görə, müdafiə naziri bu gün keçirilən mətbuat konfransında bildirib ki, bəzən xəbərlərin başlığı insanlarda narahatlıq yaradır.

"Yazırlar ki, "12 əsgər şəhid oldu". Başlıqda qeyd etmək lazımdır ki, hansı ölkədə olub. Belə xəbərlər əsgər valideynlərini narahat edir. Bunlara diqqət etmək lazımdır".

Nazir, həmçinin qeyd edib ki, KİV böyük bir qüvvədir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Zakir-Həsənov   Müdafiə-Nazirliyi   KİV  





Xəbər lenti