“Hər ay Əfv Komissiyasına siyahı təqdim edirik” - Ombudsman

“Hər ay Əfv Komissiyasına siyahı təqdim edirik” - Ombudsman
  20 İyun 2018    Oxunub:2522
"Azərbaycan yeganə ölkədir ki, burada qısa müddətdə 11 amnistiya aktı, 64 əfv sərəncamı imzalanıb"
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.

Ombudsman bildirib ki, sonuncu əfv sərəncamı əsasında 634 nəfər əfv olunub. "Onların 72-sini ombudsman təqdim edib. Biz hər ayın son günündə mütləq şəkildə Əfv Komissiyasına müəyyən siyahı təqdim edirik. Ümumilikdə, ombudsman tərəfindən təqdim olunmuş adlardan 638-i əfv olunub. Bu isə böyük bir kütlədir".

Aytən Zəhra
AzVision.az


Teqlər: Elmira-Süleymanova   Ombudsman  





Xəbər lenti