“Bizdə qanun pozuntusu olmayıb” - Generaldan cavab

“Bizdə qanun pozuntusu olmayıb” - Generaldan cavab
  20 İyun 2018    Oxunub:1286
"Orduya nəzarət çox güclüdür. Bəzən belə fikirlər səsləndirilir ki, nə üçün Hesablama Palatası Müdafiə Nazirliyini yoxlamır? Hesablama Palatası bəzi qurumlarda bir ay işləyəndə, bizdə beş ay işləyib. Heç bir qanun pozuntusu olmayıb"
AzVision.az xəbər verir ki, bunu Orduya ictimai nəzarətlə bağlı suala cavabında müdafiə naziri Zakir Həsənov deyib.

Nazir qeyd edib ki, Azərbaycan xalqı ən böyük ictimai nəzarətdir: ""Açıq qapı" günlərində hər kəs bunu görür. Həmçinin digər dövlət qurumları ilə də sıx işləyirik. Media bu tədbirlərdə iştirak edir".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Zakir-Həsənov   Müdafiə-Nazirliyi   Ordu  





Xəbər lenti