Azərbaycanda sahibkarların 30 faizi qadındır

Azərbaycanda sahibkarların 30 faizi qadındır
  20 İyun 2018    Oxunub:1574
"Cəmiyyətin yarıdan çoxunu qadınlar təşkil edirsə, onların inkişafı ən mühüm məsələdir. Sübut olunub ki, qadınlar yüksək vəzifələrə təyin olunan və işləyən ölkələrdə iqtisadi cəhətdən inkişaf müşahidə edilir"
AzVision.az xəbər verir ki, bunu Bakıda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında ailə, qadın və uşaq məsələləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova deyib.

Komitə sədri bildirib ki, qadın və uşaqlarla bağlı çoxlu qanunlar qəbul olunub və bu qanunların işlənməsinə diqqət yetirilməlidir: "Bu gün sahibkarlığın inkişafı vacib məsələdəndir. Azərbaycanda 4 faiz qadın sahibkar var idi. Qısa müddətdə beynəlxalq təşkilatlarla layihələrimiz əsasında hazırda 30 faizdən çox qadın sahibkar var. Bu, onu göstərir ki, imkanlar var və düzgün siyasət qurulmalıdır. Dövlət qurumlarımız, AMEA-da, yüksək vəzifələrdə qadınlarımızın sayı artır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Hicran-Hüseynova  





Xəbər lenti