75 əcnəbi Azərbaycanda qaçqın statusu alıb

75 əcnəbi Azərbaycanda qaçqın statusu alıb
  20 İyun 2018    Oxunub:1832
BMT Baş Assambleyasının 2000-ci ildə qəbul olunmuş qətnaməsinə əsasən BMT-nin “Qaçqınlarin statusu haqqında” 1951-ci il Konvensiyasının 50-ci ildönümü ilə əlaqədar 2001-ci ildən etibarən 20 iyun Ümumdünya Qaçqınlar Günü elan edilib. Dünyada hər il bu günlə bağlı tədbirlər keçirilir.
AzVision.az xəbər verir ki, bu gün Ümumdünya Qaçqınlar günü ilə bağlı BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam mərkəzində tədbir keçiriləcək. Tədbirdə dövlət orqanlarının, o cümlədən nazirlik, komitə və digər təşkilatların, ölkəmizdə akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin, beynəlxalq və yerli humanitar qurumların, həmçinin qaçqın və köçkün icmaları təmsilçilərinin iştirakı nəzərdə tutulur.



Dövlət Miqrasiya Xidməti ölkəmizdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə qaçqın statusunun verilməsi, bu kateqoriyadan olan şəxslərin qəbul edilməsi, yerləşdirilməsi və digər əlaqəli məsələlər üzrə səlahiyyətli qurumlardan biridir. Hazırda qaçqın statusu almış 75 əcnəbi Dövlət Miqrasiya Xidmətinin qeydiyyatındadır. BMT QAK-ın açıqlamasına görə, 2017-ci ilin sonuna olan məlumata əsasən zorla öz yurd-yuvalarından didərgin düşənlərin sayı 68,5 milyon nəfərdir.



Torpaqlarımızın 20 faizdən çoxunun Ermənistan tərəfindən işğal edilməsi nəticəsində Azərbaycan da hələ keçən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərindən qaçqın və məcburi köçkün problemi ilə üzləşən ölkələrdəndir. Respublikamızda 1 milyondan artıq insan qaçqın və məcburi köçkün həyatı yaşayır.

AzVision.az


Teqlər: DMX  





Xəbər lenti