“Həmişə deyirəm ki, şablondan uzaq olun” - Müdafiə naziri

“Həmişə deyirəm ki, şablondan uzaq olun” - Müdafiə naziri
  20 İyun 2018    Oxunub:1380
"Hər zaman deyirəm ki, şablondan uzaq olun. Həmişə düşmənin hərəkətini, fəaliyyətini və niyyətini bilin”.

AzVision.az xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələr ilə keçirilən səhra məşğələləri zamanı kursantlarla görüşündə deyib.
Nazir kursantların diqqətinə çatdırıb ki, düşmənin niyyətinə, hərəkətinə görə qısa bir müddətdə qərar qəbul edilməlidir: "Bunu birinci gündən çalışın ki, öyrənib, bacarıb, tətbiq edəsiniz. Döyüşü planlaşdıraraq hücuma keçəndə və ya müdafiə olunanda vəziyyət dərhal dəyişə bilir. Bu vəziyyətə həmişə hazır olmalı, düzgün qərar qəbul etməli və bunu vəzifənizin lazımınca yerinə yetirlməsinə yönəltməlisiniz".

Anar Kəlbiyev
AzVision.az




Teqlər: Zakir-Həsənov   Nazir  





Xəbər lenti