Rusiya XİN-dən Qarabağla bağlı növbəti açıqlama

Rusiya XİN-dən Qarabağla bağlı növbəti açıqlama
  20 İyun 2018    Oxunub:1668
Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına töhfə vermək üçün əlindən gələni edəcək.

AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
"Birincisi, Rusiya ATƏT-in Minsk qrupunun iştirakçısı kimi öz roluna sadiqdir, ikincisi isə mövcud böhranın nizamlanmasına və bu iki ölkənin münasibətlərinin normallaşmasına konstruktiv və səmərəli töhfə vermək üçün ondan asılı olan hər şeyi edəcək. Bu, bizim ənənəvi mövqeyimizdir. Bizim üçün bu, çox ciddi məsələdir", - Zaxarova Qarabağla bağlı açıqlamasında deyib.

AzVision.az


Teqlər: Rusiya   XİN   Qarabağ   Zaxarova  





Xəbər lenti