“Hədəfimiz torpaqlarımızı azad etməkdir” - Baş nazirin müavini

“Hədəfimiz torpaqlarımızı azad etməkdir” - Baş nazirin müavini
  20 İyun 2018    Oxunub:2810
“Azərbaycanda hazırda hər on nəfərdən biri qaçqın və məcburi köçkündür. Dünyanın istənilən ölkəsi ilə müqayisə etsək, Azərbaycanda bu problemin daha ağır olduğunu görərik”.
AzVision.az xəbər verir ki, bunu 20 iyun - Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə baş nazirinin müavini Əli Əhmədov deyib. O bildirib ki, bu gün dünyada siyasətçilər, dövlətlər problemin həlli üçün səylər göstərirlər.

“Amma görünür, dünyada ədalət pozulub ki, qaçqın və məcburi köçkün problemi yaranıb. Ədalətsizlik, separatizm, başqalarının ərazilərinə göz dikmək halı olmasaydı, dünyanın baş ağrısına çevrilmiş qaçqın və məcburi köçkün problemi belə ağır olmazdı. Dünyanın səylərini birləşdirərək qaçqın və məcburi köçkün problemini aradan qaldırmasına ehtiyac var. Qaçqın axını ilə üzbəüz qalıb, bu problemi həll etməyə çalışan ölkələri anlayırıq. İlk növbədə dünyada səylər qaçqın və köçkün problemini yaradan səbəbin aradan qalxmasına yönəlməlidir”.

Ə.Əhmədov qeyd edib ki, ədalətsizliyi aradan qaldırlması üçün ciddi tədbirlər görülməlidir: “Əks halda, bütün dünyada bu problem dərinləşəcək. Etnik təmizləmə və separatizmi yaradan qüvvələr öz yerində oturdulmalıdır. İnanıram ki, gələcəkdə beynəlxalq ictimaiyyət daha ciddi addımlar atacaq. Bizim əsas hədəfimiz torpaqlarımızı işğaldan azad etmək, qaçqın və məcburi köçkünləri öz torpaqlarına qaytarmaqdır. Biz istərdik ki, beynəlxalq ictimaiyyət Azərbaycanın bu mövqeyini dəstəkləsin”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Əli-Əhmədov   Qaçqın  





Xəbər lenti