İmişlidəki kütləvi zəhərlənmə ilə bağlı iclas keçirildi
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, kənd təsərrüfatı naziri İnam Kərimovun da iştirak etdiyi iclasda bölgələrin kənd təsərrüfatı idarəsinin rəhbərlərinə tapşırıqlar verilib.
Nazirlikdən bildiriblər ki, hazırda İmişli, Tərtər və Saatlı rayonlarındakı pambıq tarlalarında baş vermiş hadisələrlə bağlı araşdırmalar aparılır: "Hadisə ilə bağlı araşdırmalar aparılır, hər 3 hadisə barədə prokurorluqda cinayət işi başlanıb".
Xatırladaq ki, iyunun 19-da İmişli rayonunda pambıq sahəsində kütləvi zəhərlənmə hadisəsi baş verib. Nəticədə 141 nəfər xəstəxanaya müraciət edib. Hazırda 12 nəfərin müalicəsi davam etdirilir. Bir neçə gün əvvəl isə Tərtər və Saatlı rayonlarında da anoloji hadisələr baş vermişdi.
AzVision.az