Dənizi çirkləndirən şəxs cərimələnib

Dənizi çirkləndirən şəxs cərimələnib
  21 İyun 2018    Oxunub:1289
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Şüvəlan qəsəbəsi Xəzər dənizi sahilində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, araşdırma zamanı fakt öz təsdiqini tapıb. Tullantıların əraziyə Şüvəlan qəsəbə sakini Yusif Atayev tərəfindən atıldığı məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 700 manat məbləğində cərimə edilib və ərazi tullantılar Şüvəlan bələdiyyəsi tərəfindən təmizlənib.

AzVision.az


Teqlər: ETSN   Xəzər   Dəniz  





Xəbər lenti