“Ordumuz gecə-gündüz döyüş hazırlığı ilə məşğuldur” - Nazir

“Ordumuz gecə-gündüz döyüş hazırlığı ilə məşğuldur” - Nazir
  21 İyun 2018    Oxunub:2405
"Orduya göstərilən diqqət və qayğı göz qabağındadır. Əsgərlərimizin təminatında hər hansı bir problem yoxdur və hər şey yüksək səviyyədədir".

AzVision.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Ordumuz gecə-gündüz döyüş hazırlığı ilə məşğuldur: "Bu təlimlər, döyüş hazırlığı böyük məbləğdə pul tələb edir. Hər atılan mərmi, sürülüən texnika vəsait tələb edir. Azərbaycan Prezidenti və dövləti bunu təmin edir. Tam məsuliyyətimlə deyirəm ki, Azərbaycan Ordusunun döyüş hazırlığı, təminatı və idarəçiliyi yüksək səviyyədədir".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Zakir-Həsənov   Nazir  





Xəbər lenti