Məmmədyarov Belarusa səfərə gedib

Məmmədyarov Belarusa səfərə gedib
  21 İyun 2018    Oxunub:1616
Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərinə yola düşüb.
XİN-dən AzVision.az-a verilən məlumata görə, nazir 21-22 iyun tarixlərində Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.

Tədbir çərçivəsində nazir E.Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov   Belarus  





Xəbər lenti