Azərbaycanda 500 hərbçiyə ev veriləcək

Azərbaycanda 500 hərbçiyə ev veriləcək
  21 İyun 2018    Oxunub:3607
"Ali Baş Komandan İlham Əliyev zabit heyətinin sosial bazasının gücləndirilməsi üçün böyük işlər görür. Zabitlərin mənzillərlə təminatı məsələsi həll olunub".

AzVision.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat konfransında deyib.
Nazir bildirib ki, Ordumuzun 100 illiyi ərəfəsində 20 ildən çox xidmət edən 500-ə yaxın zabit dövlət tərəfindən mənzillə təmin olunacaq.

Z.Həsənov mənzil alacaq zabitlərin siyahısının hazır olduğunu diqqətə çatdırıb.

Müdafiə naziri vurğulayıb ki, həmçinin il ərzində 300-ə yaxın zabit xidməti mənzillərlə təmin olunacaq. "Onlardan bir qismi mənzil alıb və proses davam edir".

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Nazir   Zakir-Həsənov   Aprel-döyüşləri  





Xəbər lenti