DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan
AzVision.az-a verilən məlumata görə, Balakən rayonu Talalar kənd sakini Mikayıl Puçaxova məxsus həyətyanı sahəyə baxış keçirilən zaman orada istixanalarda aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 19 ədəd narkotik tərkibli çətənə bitkisi şitilləri, 24 ədəd eyniadlı bitkinin kökləri və 6,89 qram ağacın dibinə sərilmiş qurudulmuş marixuana aşkar edilib.
Eləcə də onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd süngü-bıçaq aşkar edilərək götürülüb. M. Puçaxov və onun yaxın qohumları şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Faktla bağlı araşdırma aparılır.
AzVision.az