“Sarkisyanın vəziyyəti ağırlaşan kimi...” - Nazir Günnütdən danışdı

“Sarkisyanın vəziyyəti ağırlaşan kimi...” - Nazir Günnütdən danışdı
  21 İyun 2018    Oxunub:1935
Müdafiə naziri Zakir Həsənov Naxçıvanın Günnüt kəndinin düşmən işğalından azad edilməsi ilə bağlı rəsmi məlumatın vaxtında ictimaiyyətə ötürülməməsi ilə bağlı fikirlərə münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, general-polkovnik bunu Ermənistanda baş verən son hadisələrlə əlaqələndirib.

"Serj Sarkisyanın vəziyyəti ağırlaşan kimi Azərbaycandan istifadə etməyə başladı. "O, "Azərbaycan qoşun cəmləşdirir", "hücuma hazırlaşır" kimi fikirlər səsləndirirdi. İstəyirdi ki, xalqının fikirlərini daxili problemlərdən yayındırsın. Hətta yalandan kadrlar yaymışdılar. Bununla özünü xilas etmək istəyirdi ki, Qarabağda cinayət törətmiş bu quldur dəstə rəhbərlikdə qalsın. Biz onlara bu imkanı verə bilməzdik. O baxımdan bu məsələdə tamamilə doğru olanı etdik. Nəticəsini özünüz gördünüz" - deyə Z.Həsənov vurğulayıb.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Zakir-Həsənov  





Xəbər lenti