“Azərpoçt” “Əsgərə məktub” aksiyasını keçirir
“Sözləriniz ağ kağız üzərində əbədi həyat qazansın!” şüarı ilə təşkil olunan aksiyanın birinci mərhələsi 23-24 iyun tarixlərində, saat 12:00-dan 21:00-a qədər “Park Bulvar” ticarət mərkəzində baş tutacaq. Belə ki, qeyd olunan tarixlərdə “Park Bulvar”da “Azərpoçt” MMC-nin xüsusi guşəsi fəaliyyət göstərəcək.
Tədbir iştirakçıları sözügedən guşədə Azərbaycan əsgərinə məktub yazmaq imkanı əldə etməklə yanaşı, əsgərlərə bağlama da yollaya biləcəklər. Aksiyanın ikinci mərhələsinin isə 25 iyun tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgərləri ziyarət etməklə həyata keçirilməsi nəzərdə tutulub.
AzVision.az