“Bu silahların hansı köhnədir?” - Nazir iddialara cavab verdi
"Bu məlumatı yayanlar birinin adını çəksinlər ki, hansı silah köhnədir". Döyüş maşını olan BMP-3 gəlirsə, bütün dünya bilir ki, bu, yeni silahdır. Həmçinin BTR-82A da yeni silahdır".
Z.Həsənov qeyd edib ki, Ordumuz yeni formalaşanda bəzi problemlər var idi: "Dövlətin imkanı yox idi və bir çox silahları satmırdılar. Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti nəticəsində hətta onların müttəfiqləri bizə silah satır. Çalışırdılar ki, bizim İsraillə olan münasibətlərimizi pozsunlar. Ali Baş Komandanın siyasəti nəticəsində onların bu fəaliyyəti keçmədi. Bizə bu gün ən müasir silahları satırlar. Onları almaq üçün isə pul lazımdır. Ermənistanın bu pulu yoxdur və dilənir. Amma Azərbaycan Ordusu xalqın qazandığı pulla ən müasir silahları alır və alacaq".
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Zakir-Həsənov