Məmmədyarov belaruslu həmkarı ilə görüşüb
Görüşdə nazirlər ölkələrimiz arasında yüksək səviyyəli dialoqu təqdir etdilər və dövlət başçılarının iradələrinə uyğun olaraq ikitərəfli əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini bildirdilər.
İkitərəfli əməkdaşlığın ruhuna uyğun olaraq ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyini qeyd edərək qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin vacibliyini diqqətə çatdırdılar.
Görüş əsnasında nazirlər həmçinin, beynəlxalq və regional gündəliyə aid məsələlər ətrafında geniş fikir mübadiləsi apardılar.
AzVision.az