Sosial şəbəkələrdə erməni təxribatı - Diqqətli olun!

Sosial şəbəkələrdə erməni təxribatı - Diqqətli olun!
  22 İyun 2018    Oxunub:6773
"Düşmən bizə qarşı mübarizə aparır. Bu işdə onların xüsusi xidmət orqanları çox fəaldır. KİV-lərdən səmərəli istifadə edirlər. Onlar sosial şəbəkələrdə azərbaycanlı adı ilə qeydiyyatdan keçiblər".
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ötən gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir diqqətə çatdırıb ki, düşmənin hazırki məqsədi insanlar arasında inamsızlıq yaratmaqdır: "Onların vəzifəsi ondan ibarətdir ki, fikir formalaşdırsınlar. Bu fikir formalaşdırılması çox təhlükəli məsələdir. Nə döyüş meydanında, nə iqtisadi baxımdan, nə də demoqrafik baxımdan Azərbaycanla ayaqlaşa bilirlər. Bunların hər birində uduzublar. Cənab prezident döyüşsüz Sarkisyanı çökdürdü. Ac milləti küçəyə çıxaraq onu qovdu. Bunlar da o baxımdan çalışırlar ki, inamsızlıq yaratsınlar. Müxtəlif yollarla buna əl atırlar və KİV-də bundan səmərəli istifadə edirlər. Bu məsələdə diqqətli olmağı məsləhət görürəm".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Zakir-Həsənov  





Xəbər lenti