Cocuq Mərcanlıya 50-dən çox ailə köçürülüb

  21 İyun 2018    Oxunub : 499
Cocuq Mərcanlıya 50-dən çox ailə köçürülüb
İkinci mərhələdə Cocuq Mərcanlı kəndinə 50-dən çox ailə köçürülüb.
Bu barədə AzVision.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildiriblər.

Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı 24 yanvar 2017-ci il tarixli sərəncam imzalayıb. Sərəncama əsasən, kəndin ərazisi minalardan təmizlənərək ilkin mərhələdə kənddə 50 fərdi yaşayış evi, məktəb binası və digər müvafiq infrastruktur inşa edilərək, 14 iyun 2017-ci ildə istifadəyə verilib, məcburi köçkünlərin buraya köçürülməsi qısa müddətdə başa çatdrılıb.

Kənddə bərpa işlərinin ikinci mərhələsində dövlət başçısısının 15 iyun 2017-ci il tarixli sərəncamına uyğun olaraq, əlavə 100 yaşayış evi, uşaq bağçası, həkim məntəqəsi və digər zəruri obyektləri inşa edilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirir ki, bu mərhələdə indiyədək Cocuq Mərcanlı kəndinə 50-dən çox ailənin köçürülməsi təmin edilib. Bunlar, əsasən, Bakı və Şirvan çəhərlərində, Oğuz, SabirabadBiləsuvar rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələridir.

Respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yeni yaşayış yerlərinə köçürülməsi məsələsi ilə mövcud qanunverciliyə uyğun olaraq yaradılmış vahid komissiya məşğul olur. Köçürülmə prosesi hazırda davam edir.

AzVision.az

Teqlər: CocuqMərcanlı