“Dövlət qulluqçularının 28,8 faizi qadındır” - PA-nın şöbə müdiri

“Dövlət qulluqçularının 28,8 faizi qadındır” - PA-nın şöbə müdiri
  22 İyun 2018    Oxunub:1673
“Dövlət qulluğu haqqında” Qanuna onun qəbul edildiyi gündən indiyədək 170 dəyişiklik və əlavə edilib. Bu dəyişiklik və əlavələr qanunun təkmilləşməsinə xidmət edib və qətiyyətlə demək olar ki, bu qanun postsovet məkanında ən mükəmməl qanunlardan biridir.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılovun məqaləsində qeyd olunub. Bildirilib ki, dövlət quruçuluğu məsələləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət yetirdiyi sahələrdən biridir. Bu məsələləri idarəetmənin müxtəlif sahələrini əhatə edən normativ hüquqi aktlarla tənzimləyən Azərbaycan Prezidenti son 5 il 5 ay ərzində dövlət quruculuğu məsələlərinə dair 420-dən artıq fərman və sərəncam imzalayıb.

“Bir mühüm məsələni nəzərə almaq lazımdır ki, dövlət qulluğu bəzilərinin düşündüyü kimi, təkcə kreslo tutmaq, geniş səlahiyyətlər əldə etmək kimi başa düşülməməlidir. Əksinə, dövlət qulluqçularının çiyninə ağır yük düşür və bunu hər kəs gündəlik təcrübəsində görür və hiss edir. İlk baxışda onların sayı çox görünsə də, əslində, heç də belə deyildir. 2018-ci il yanvarın 1-nə olan məlumata görə, hazırda ölkədə dövlət qulluqçularının sayı 29,3 min nəfərdir ki, onların 28,8 faizini qadınlar təşkil edir”.

Məqalədə deyilir ki, dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü göstərir ki, bu sahədə çalışanların orta yaş həddi 44 ildir: “Bu rəqəmlər gənclər üçün zəngin təcrübə məktəbindən bəhrələnmək imkanı olduğunu sübut edir. Ümumilikdə ölkənin idarə olunmasında və inkişafının gücləndirilməsində ciddi rol oynayan dövlət qulluqçularının sayı heç də çox deyildir. Respublikada fəaliyyət göstərən dövlət orqanlarında çalışan dövlət qulluqçuları Azərbaycanın məşğul əhalisinin çox cüzi bir hissəsini – 0,6 faizini təşkil edir”.

AzVision.az


Teqlər: PA   Dövlət-Qulluğu  





Xəbər lenti