“Prezident dövlət qulluqçularına qarşı yüksək tələbkarlıq göstərir”
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət qulluqçularına qarşı həmişə yüksək tələbkarlıq göstərir və onlardan xalqın xidmətçiləri kimi öz vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirməyi tələb edir, bütün tədbirlərdə və görüşlərdə dövlət qulluqçularına nümunə göstərir:
“Cənab Prezident dövlət qulluğunda şəffaflığın, ictimai nəzarətin artırılmasının vacibliyini dönə-dönə qeyd edir, dövlət qulluğunda nöqsanlara yol verən və bu şərəfli ada xələl gətirən şəxslərə qarşı çox ciddi tədbirlər görülməsini tələb edir. Azərbaycan Prezidenti vaxtaşırı yerlərə etdiyi səfərlər vasitəsilə özünün vəzifəyə təyin etdiyi rəhbər şəxslərin fəaliyyətinə nəzarət edir və onların gördüyü müsbət işləri qiymətləndirməklə yanaşı, yol verdikləri nöqsanların da aradan qaldırılmasını ciddi tapşırır”.
AzVision.az
Teqlər: PA Süleyman-İsmayılov