"Ağacları daha çox sahibkarlar kəsir" - Nazirlik

  22 İyun 2018    Oxunub : 989
"Ağacları daha çox sahibkarlar kəsir" - Nazirlik
Ötən 2-3 ay ərzində Bakıda ağac kəsilməsi halları daha çox Suraxanı, Nəsimi, Xətai, Binəqədi və Yasamal rayonlarında qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. Onun sözlərinə görə, ağac kəsilməsi halları azalsa da, yenə baş verir.

Bu məsələ ilə bağlı ictimai qınağın olmasını vacib sayan nazirlik rəsmisi qeyd edib ki, ağaclar daha çox sahibkarlar tərəfindən kəsilir.

Aytən Zəhra
AzVision.az

Teqlər: ETSN   İradə-İbrahimova