Azərbaycanda 4 yeni hərbi şəhərcik tikiləcək

  22 İyun 2018    Oxunub : 3879
Azərbaycanda 4 yeni hərbi şəhərcik tikiləcək
Silahlı Qüvvələrimizin şəxsi heyətinin 85 faizi yeni inşa edilən müasir hərbi şəhərciklərdə yerləşdirilib.
AzVision.az xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib.

Nazir qeyd edib ki, qısa müddətdə, xüsusilə cəbhəboyu zonada, 40-dək yeni hərbi şəhərcik inşa edilərək istifadəyə verilib, hazırda 5 hərbi hissədə tamamlama işləri davam etdirilir.

Z.Həsənov vurğulayıb ki, ilin sonunadək daha 4 yeni hərbi şəhərciyin inşa edilərək sona çatdırılması planlaşdırılır.

AzVision.az

Teqlər: Zakir-Həsənov   Nazir