Kürdə batan gəncin meyiti tapıldı

  22 İyun 2018    Oxunub : 454
Kürdə batan gəncin meyiti tapıldı
Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü Əlili Ceyhun Eldar oğlunun axtarışları başa çatıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, C.Əlilinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.​

AzVision.az

Teqlər: FHN   Axtarış   Kür