Novruz Məmmədov müşavirə keçirdi, tapşırıqlar verdi

Novruz Məmmədov müşavirə keçirdi, tapşırıqlar verdi
  22 İyun 2018    Oxunub:1306
Bu gün baş nazir Novruz Məmmədovun yanında pambıqçılıq sahəsinin inkişafı ilə əlaqədar qarşıda duran bəzi məsələlərə həsr olunmuş müşavirə keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müşavirədə prezident İlham Əliyev tərəfindən ölkədə pambıqçılığın inkişafında məhsuldarlığın artırılmasının təmin edilməsi barədə verilən tapşırıqdan irəli gələn bir sıra vacib məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müşavirənin yekununda baş nazir Novruz Məmmədov müzakirə olunan məsələlərə dair aidiyyatı qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.

AzVision.az


Teqlər: Baş-nazir   Novruz-Məmmədov  





Xəbər lenti