"Zəhərlənmə 2 səbəbdən ola bilər" - Nazirdən açıqlama

  22 İyun 2018    Oxunub : 1858
"Zəhərlənmə 2 səbəbdən ola bilər" - Nazirdən açıqlama
"Son günlər pambıq sahələrində baş verən kütləvi zəhərlənmə halları kifayət qədər narahatedici və ciddi hadisələrdir. Bu məsələ dövlətimizin başçısının birbaşa nəzarətindədir"
AzVision.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Şəkidə jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Baş Prokurorluq tərəfindən baş verən hadisələrlə bağlı cinayət işi açılıb, hazırda araşdırmalar davam etdirilir. Onun sözlərinə görə, hadisənin əsl səbəbi araşdırmalar başa çatdıqdan sonra məlum olacaq.

İ.Kərimovun fikrincə, zəhərlənmə hadisələri iki səbəbdən - ya dərmanların keyfiyyəti, ya da tətbiqi ilə bağlı baş verə bilər.

“Pambıq texniki bitki olduğundan bu sahə kimyəvi maddələrin tətbiqini zəruri edir. Burada əsas məsələ təhlükəsizlik qaydalarına riayət etməkdir. Bu öhdəliklər pambıqçılıqla məşğul olan özəl təsərrüfatların, fermerlərin üzərinə düşür. Onlar işçiləri sahəyə çıxararkən təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər”, - deyə nazir vurğulayıb.

AzVision.az

Teqlər: İnam-Kərimov   Nazir