Zaqatalada avtoxuliqan həbs olundu - FOTO

Zaqatalada avtoxuliqan həbs olundu - FOTO
  23 İyun 2018    Oxunub:2368
Zaqatala rayonunda avtoxuliqanlıq edən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az-a verilən məlumata görə, Zaqatalada şəhərin mərkəzi küçələrində avtoxuliqanlıq edən “ VAZ 21011” markalı avtomobilin sürücüsünə həmin ərazidə xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən “Saxla” əmri verilib. Əmrə tabe olmayan sürücünün idarə etdiyi avtomobili YPX ekipajı təqib edib. Yol polisi əməkdaşlarının sayıqlığı nəticəsində onu saxlamaq mümkün olub. Sürücünün Zaqatala şəhər sakini Emil İbrahimov olduğu müəyyən edilib. O, saxlanılaraq məhkəmə orqanlarına təhvil verilib. Zaqatala Rayon Məhkəməsinin qərarı ilə ona 40 sutkalıq həbs cəzası verilib.

Qeyd edək ki, əvvəllər də avtoxuliqanlıqla inzibati məsuliyyətə cəlb olunmuş E.İbrahimov avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib.



AzVision.az


Teqlər: DİN   Zaqatala   Avtoxuliqan  





Xəbər lenti