Oğrular iş başına yaxalandı

Oğrular iş başına yaxalandı
  23 İyun 2018    Oxunub:896
İyunun 22-də saat 15 radələrində Xətai Rayon Mühafizə İdarəsinə rayon ərazisindəki qorunan mənzillərin birindən həyəcan siqnalı daxil olub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, dərhal həmin ünvana gələn polis əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərən 2 nəfər cinayət başında yaxalanıb.

35-ci Polis Bölməsinə təhvil verilən həmin şəxslərin Bakı şəhər sakinləri Elçin Əmirov və Şərafəddin İbrahimov olduqları müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti