Nazir reabilitasiya mərkəzinə baş çəkib - FOTO
Müəssisədə tibbi reabilitasiya olunan şəxslər ölkəmizdə fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə uyğunlaşdırılması, onların həm tibbi, həm də sosial reabilitasiya proqramlarına cəlb olunması və sosial müdafiəsi istiqamətində fəal dövlət siyasətinin aparıldığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Müəssisənin kollektivi ilə görüşdə nazir reabilitasiya sisteminin əliliyi olan şəxslərin sağlamlığının bərpası, həmin şəxslərin yenidən sağlam insan kimi cəmiyyətə qaytarılması, reabilitasiya səviyyəsinin artırılması məqsədinə xidmət etdiyini vurğulayıb.
O bildirib ki, digər bərpa müəssisələri kimi, Şirvan şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi də fəaliyyətini məhz bu məqsədə doğru qurmalıdır. Əlilliyi olan insanlara xidmətlər yalnız tibbi yanaşma əsasında deyil, həmçinin sosial reabilitasiya yönümlü olmalıdır. S.Babayev bərpa müalicəsi prosedurlarında konkret səmərəli nəticələrə imkan verən təkmilləşdirmə işlərinin aparılması, həkim-reabilitoloqların peşəkarlıq səviyyələrinin artırılması, əlilliyi olan insanlarla işin fərdi reabilitasiya planları əsasında təşkil edilməsi, onlara daim qayğı və həssaslıqla yanaşılması və s. barədə tapşırıqlar verib.
AzVision.az
Teqlər: ƏƏSMN