Prezident xorvatiyalı həmkarını təbrik edib
"Hörmətli xanım Prezident, Xorvatiya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan-Xorvatiya münasibətləri dinamik və hərtərəfli inkişaf yolundadır. Ölkələrimizin strateji tərəfdaşlığı qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığımız üçün geniş imkanlar açır. İnanıram ki, bu imkanlardan səmərəli istifadə etməklə dost xalqlarımızın rifahına töhfələr verəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və firavanlıq diləyirəm",
AzVision.az
Teqlər: İlham-Əliyev