Ərdoğan yenidən prezident seçildi - (VİDEO)

Ərdoğan yenidən prezident seçildi - (VİDEO)
  25 İyun 2018    Oxunub:7572
Türkiyənin hazırki rəhbəri Rəcəb Tayyib Ərdoğan və onun sədri olduğu hakim Ədalət və İnkişaf Partiyası (AKP) ötən gün keçirilən növbədənkənar prezident və parlament seçkilərində qələbə qazanıb.
Türkiyənin Ali Seçki Komissiyasının (ASK) sədri Sədi Güvən bildirib ki, ölkə üzrə 59.354.840 seçicinin 87 faizdən çoxu səsvermədə iştirak edib.



Seçicilərin 52.6 faizi prezidentliyə namizəd Ərdoğana səs verib. CHP-nin namizədi Məhərrəm İncə isə seçicilərin 30 faizinin səsi ilə ikinci yerdə qərar tutub.

Parlament seçkilərinə keçirilən səsvermədə Ədalət və İnkişaf Partiyası ilə Millətçi Hərəkat Partiyasının birləşdiyi Cümhur İttifaqı birinci yeri qazanıb. Parlamentdəki 600 mandatın 293-ünü AKP qazanıb. 146 mandat Cümhuriyyət Xalq Partiyasının, 67 Xalqların Demokratik Partiyasının (HDP), 49 Millətçi Hərəkat Partiyasının, 45 mandat isə İYİ Partiyanın payına düşüb.

***
Bu gün Türkiyədə keçirilən növbədənkənar parlament və prezident seçkilərində səslərin hesablanması davam etdirilir.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hazırki nəticələrə əsasən prezident Rəcəb Tayyib Ərdoğan və onun sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) seçkidə liderdir.

Son məlumatlara əsasən, məntəqələr üzrə bülletenlərin 86,5 faizi sayılıb. Ərdoğan 53, 60 faiz səslə öndədir.

AzVision.az


Teqlər: Türkiyə   Seçki   Ərdoğan  





Xəbər lenti