Bakıda Əfqanıstan hökuməti "Taliban"la danışıqlar aparılacaq

Bakıda Əfqanıstan hökuməti "Taliban"la danışıqlar aparılacaq
  25 İyun 2018    Oxunub:2766
İyunun 28-də Bakıda Əfqanıstan üzrə beynəlxalq əlaqələndirmə qrupunun toplantısı keçiriləcək.

AzVision.az xəbər verir ki, diplomatik mənbələrdən APA-ya məlum olub ki, toplantı zamanı Əfqanıstan rəsmiləri və “Taliban” arasında sülh danışıqları aparılacaq.
Toplantıda Əfqanıstanı xarici işlər nazirinin müavini Hikmət Xəlil Kərzay təmsil edəcək. “Taliban”dan isə görüşə danışıqlar üzrə nümayəndələr qatılacaq.

AzVision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti