Raquf Orucovla bağlı film təqdim ediləcək

Raquf Orucovla bağlı film təqdim ediləcək
  26 İyun 2018    Oxunub:1834
2016-cı ilin aprel şəhidi polkovnik Raquf Orucova həsr olunmuş “Ruhun həsrəti” sənədli filminin təqdimatı keçiriləcək.

Mətbuat Şurasından AzVision.az-a verilən məlumata görə, təqdimat sabah Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq.

Mətbuat Şurasının təşəbbüsü ilə keçiriləcək toplantıda kütləvi informasiya vasitələrinin təmsilçiləri, dövlət rəsmiləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, “Ruhun həsrəti” sənədli filmi Mətbuat Şurasının Veysəloğlu şirkəti ilə birgə layihəsi əsasında çəkilmiş sayca ikinci ekran işidir. Bundan öncə 2016-cı ilin aprel şəhidləri olan pilotlarımıza həsr olunmuş “Aprel şəkilləri” sənədli filminin təqdimatı olub.

AzVision.az


Teqlər: RaqufOrucov  





Xəbər lenti