Mədəniyyət Nazirliyində yeni təyinatlar

Mədəniyyət Nazirliyində yeni təyinatlar
  27 İyun 2018    Oxunub:1913
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rafiq Yasin oğlu Bayramovun Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Mədəniyyət Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, dövlət başçısının 27 iyun 2018-ci il tarixli digər sərəncamı ilə Sevda Yusuf qızı Məmmədəliyeva mədəniyyət nazirinin müavini təyin edilib.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Zakir Sultanov Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis təyin edilib.

AzVision.az


Teqlər: Mədəniyyat-Nazirliyi  





Xəbər lenti